Gəncədə yeniyetmənin öldürülməsi ilə bağlı cinayət işi başlanıb
Hadisə
- 09 oktyabr, 2025
- 12:34
Gəncədə yeniyetmənin öldürülməsi faktı üzrə cinayət işi başlanıb.
"Report"un Qərb bürosu xəbər verir ki, oktyabrın 8-də saat 12 radələrində Gəncə şəhəri, Mahrasa bağı 94 ünvanında 2009-cu il təvəllüdlü C.Vəliyevin (şərti) ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2007-ci il təvəllüdlü B.Zamanovun (şərti) bıçaqla xəsarətlər yetirməklə C.Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
B.Zamanov könüllü gələrək polisə təslim olub və şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Son xəbərlər
15:50
"Neftçi" qapıçısı ilə müqavilə müddətini uzadıb
Futbol15:44
Sahibə Qafarova BƏƏ-dən olan həmkarı ilə parlamentlərarası əlaqələri müzakirə edib
Milli Məclis15:43
Pakistanda ticarət mərkəzində yanğın qurbanlarının sayı 73 nəfərə çatıb
Digər ölkələr15:38
"Mançester Yunayted"in yarımmüdafiəçisi 10 həftəlik sıradan çıxıb
Futbol15:33
Azərbaycan ötən il Bolqarıstana neft ixracını 2 dəfdən çox artırıb
Energetika15:28
Qazaxıstan Prezidenti və İsrail XİN başçısı ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Region15:24
Foto
Auditorlar Palatası və Türkiyənin müvafiq qurumu Anlaşma Memorandumu imzalayıb
Maliyyə15:23
Qırğızıstan və Gürcüstan ikitərəfli tərəfdaşlığı dərinləşdirməyə razılaşıb
Region15:20