Gəncədə özünü Ukrayna səfiri kimi təqdim edən qadın saxlanılıb
Hadisə
- 24 may, 2016
- 10:02
Gəncə. 24 may. REPORT.AZ/ Gəncə şəhərində özünü Ukrayna səfiri, xeyriyyəçi və işədüzəltmə təşkilatının rəhbəri kimi qələmə verərək dələduzluqla məşğul olan Ukrayna vətəndaşı Kifayət Qasımova saxlanılıb.
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, K.Qasımova ayrı-ayrı vətəndaşlardan 10 min manat, 6 min manat və digər müxtəlif məbləğlərdə pulları alaraq onları işə düzəldəcəyi adı ilə aldadıb.
İki qadın və bir kişinin şikayəti əsasında K.Qasımova Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Zərərçəkən şəxslərdən ikisi "Gəncə" mehmanxanasının işçiləri olub. K.Qasımova da məhz həmin mehmanxanada qalıb.
Araşdırmalar davam etdirilir.
Son xəbərlər
10:03
Almaniyada xəstəxana yanıb: 2 pasiyent ölüb, 34 nəfər xəsarət alıb
Digər ölkələr10:00
Foto
Bakıda Ukrayna universitetlərinin rəsmi təhsil sərgisi keçiriləcək
Elm və təhsil09:59
Azərbaycanın basketbol millisi bu gün səfərdə Lüksemburqla üz-üzə gələcək
Komanda09:58
Çində yol qəzasında 8 nəfər ölüb
Digər ölkələr09:58
Azərbaycanda iyunda 152 mindən çox şəxs xüsusi şərtlərlə əmək pensiyası alıb
Sosial müdafiə09:40
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Energetika09:38
Pap Qeye hazırkı məşqçilər heyətinin rəhbərliyi altında millidə oynamayacağını bəyan edib
Futbol09:35
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
Hadisə09:19