Gəncədə iki avtomobil toqquşub, 2 nəfər yaralanıb
Hadisə
- 30 sentyabr, 2016
- 03:59
Gəncə. 30 sentyabr. REPORT.AZ/ Səhər saat 07:50 radələrində Gəncə şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin "27-05" dairəsi adlanan ərazisində "VAZ-21011" markalı avtomobil ilə "VAZ-2109"un toqquşması nəticəsində sürücülər xəsarət alıb.
Qəza zamanı "VAZ-21011"in sürücüsü, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Pərvin Məmmədov ağır və hələki şəxsiyyəti bilinməyən digər sürücü isə yüngül xəsarət alıb.
P.Məmmədov "təcili yardım" maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Baş vermiş avtoqəzanın dəqiq səbəbləri Dövlət Yol Polisi tərəfindən araşdırılır.
Son xəbərlər
15:49
SOCAR-ın operatorluğu dövründə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 130 milyard kubmetrdən çox qaz nəql olunub
Energetika15:43
Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək
Fərdi15:31
Tunar Həsənov Bakıda təşkil olunan dünya çempionatının 1/4 finalında məğlub olub - YENİLƏNİB
Fərdi15:15
Foto
Qaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Hadisə15:14
Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-ə yaxın artıb
Maliyyə15:13
Sançes Aİ ölkələrinin təcili videokonfransını çağırmağı təklif edib
Digər ölkələr15:11
Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB
Fərdi15:05
Afina yaxınlığında meşə yanğını 100-ə yaxın evi məhv edib - YENİLƏNİB
Digər ölkələr14:56