Gəncədə daha bir qadın əri tərəfindən bıçaqlanıb
Hadisə
- 06 fevral, 2021
- 05:40
Gəncədə 24 yaşlı qadın bıçaq xəsarətləri alıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü A.Məcidli ailə münaqişəsi zəminində çoxsaylı bıçaq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxsin A.Məcidlinin həyat yoldaşı B.Məcidli olduğu müəyyənləşib. Şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, fevralın 5-də Gəncə şəhərində daha bir qadın bıçaqlanmışdı. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Ş.Məmmədovanın keçmiş əri tərəfindən bıçaqlandığı bildirilir.
Son xəbərlər
15:20
"AzərEnerji" Dünya Bankı ilə AZURE layihəsinin gedişatını müzakirə edib
Energetika15:20
İranın hücumu fonunda İordaniyada sirenalar səslənir
Digər ölkələr15:12
Sənan Rəsulov: "Olimpiadaya sadəcə qatılmağı düşünmürük, medalla qayıtmağı hədəfləyirik" - MÜSAHİBƏ
Fərdi15:08
Azərbaycanda taxıl sahələrinin 67 %-də biçin yekunlaşıb
ASK15:05
Foto
Azərbaycan Zimbabve ilə enerji əməkdaşlığını müzakirə edib
Energetika14:57
Bu il Bakı–Naxçıvan–Bakı aviareysi üzrə 367 mindən çox sərnişin daşınıb
İnfrastruktur14:56
Böyük Britaniya səfirliyi azərbaycanlı diplomatları peşə bayramı münasibətilə təbrik edib
Xarici siyasət14:53
Foto
AZAL I yarımildə 2 milyona yaxın sərnişin daşıyıb
İnfrastruktur14:53