Gəncədə ata-oğulu bıçaqlayan hakim qarşısına çıxarılır

Hadisə
  • 16 mart, 2020
  • 12:04
Gəncədə ata-oğulu bıçaqlayan hakim qarşısına çıxarılır

Gəncə şəhərində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Süleyman Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elmin Rüstəmovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Gəncədə baş verib. 1987-ci il təvəllüdlü şəhər sakini Hüseynov Tərlan Xəyyam oğlu gecə saatlarında mübahisə zəminində S.Vəliyev tərəfindən bıçaqlanıb.

Onları ayırmağa çalışan atası Xəyyam Hüseynov da yaralanıb.

S.Vəliyevə Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham verilib.