Gəncədə avtoqəza: təmizlik işçisi avtomobillə köşk arasında sıxılaraq ölüb
Hadisə
- 05 may, 2026
- 09:35
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Prospektdə hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetmədən çıxıb. Maşın ilk olaraq yol kənarında dayanan "Chevrolet" markalı avtomobilə, daha sonra ağaca və köşkə çırpılıb.
Qəza zamanı ərazidə təmizlik işləri aparan 1961-ci il təvəllüdlü Z.Qurbanova avtomobil ilə köşkün arasında sıxılaraq qalıb. Qadın aldığı xəsarətdən hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:24
Foto
Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub
İKT11:17
Cari ilin altı ayında qanunsuz çıxarılan 57 nəfər əvvəlki işinə bərpa edilib
Sosial müdafiə11:13
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
Fərdi11:10
İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib
Digər ölkələr11:06
AGF rəsmisi Namiq Abdullayev: "Bakıdakı dünya çempionatı güləşçilərimiz üçün bir şansdır"
Fərdi11:00
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
İKT10:56
Gürcüstanın Azərbaycandan xiyar idxalına çəkdiyi xərc 7 dəfə artıb
Biznes10:53
Avstriyada Hitlerin doğulduğu ev polis məntəqəsinə çevrilib
Maraqlı10:52