Gədəbəydə quyuya düşüb xəsarətlər alan şəxs xilas edilib
Hadisə
- 30 oktyabr, 2025
- 08:38
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gədəbəy rayonu, Slavyanka kəndində vətəndaşın quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən "Report"a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Hüseynov Mehbalı həyətyanı sahədə 3 metrə yaxın dərinliyi olan quyuya düşüb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə vətəndaşı quyudan çıxararaq xilas ediblər.
Son xəbərlər
10:09
Bakıda Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilir
Daxili siyasət10:01
Video
Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri keçirilir
Daxili siyasət09:55
Foto
Dövlət Agentliyində kollegiya iclası keçirilib, hərbçilərin döyüş hazırlığının gücləndirilməsi tapşırığı verilib
Hərbi09:51
Azərbaycan Basketbol Liqasının XV turunda bu gün daha iki oyun keçiriləcək
Komanda09:49
Foto
WUF13-lə bağlı dünya parlamentlərinə çağırış edilib
İnfrastruktur09:34
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (31.01.2026)
Maliyyə09:34
Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb
Maliyyə09:21
Premyer Liqa: Bu gün lider "Sabah" "Zirə" ilə üz-üzə gələcək
Futbol09:20