Gədəbəy sakinləri minaya düşüb
Hadisə
- 12 may, 2021
- 14:20
Bu gün saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Gədəbəy Rayon Prokurorluğundan bildirilib.
Aparılmış araşdırmalarla Gədəbəy rayon sakinləri - 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazovun ağır dərəcəli, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
09:27
"Monako" Romelu Lukakunu transfer etmək niyyətindədir
Futbol09:17
Ukrayna "Wildberries" anbarlarına zərbələri davam etdirir
Region09:14
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Energetika09:14
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Futbol09:11
"Azəristiliktəchizat" vətəndaşlara müraciət edib
Energetika09:11
Beyləqanda kanalda bir nəfər batıb
Hadisə09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.08.2026)
Maliyyə08:56
Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq
Energetika08:55