Vətən müharibəsində atılmış bombalardan biri partlayıb, xəsarət alan var
Hadisə
- 12 iyul, 2021
- 08:11
İyulun 12-də saat 11 radələrində 1 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Füzuli Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, ilkin araşdırmalarla “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda faktla bağlı Füzuli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Son xəbərlər
15:19
Azərbaycan və Tacikistan parlamentlərarası dialoqun vacibliyini qeyd ediblər
Xarici siyasət15:17
Azərbaycan millisi Parisdəki beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Futbol15:15
Avropa Komissiyası "Instagram" və "Facebook"u uşaqların psixi sağlamlığı üçün təhlükəli hesab edir
Digər ölkələr15:15
Mikayıl Cabbarov: "Rəqəmsallaşma dövründə maliyyə cinayətləri ilə mübarizədə dövlət-özəl tərəfdaşlığı gücləndirilməlidir"
Maliyyə15:15
Hakan Fidan: İran və ABŞ arasında atəşkəs rejimi qoruna bilər
Region15:12
Spiker: Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunlar qəbul edilir
Daxili siyasət15:09
Foto
Azərbaycan ilə Latviya Konstitusiya Məhkəmələri arasında ortaq məsələlər ətrafında müzakirələr aparılıb
Xarici siyasət15:09
Azərbaycanda depozit hərraclarının keçirilməsi bərpa olunub
Maliyyə15:07