FHN Qəbələdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

Hadisə
  • 24 avqust, 2023
  • 08:44
FHN Qəbələdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin iştirakı ilə “Ölkə ərazisində meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərinin həyata keçirilməsi üzrə 2023-2025-ci illər üçün birgə fəaliyyət planı” çərçivəsində Qəbələ rayonu Solquca və Dandıx kəndlərinin icmaları ilə maarifləndirilmə tədbirləri keçirib.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, tədbirlərdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının və yerli icra hakimiyyəti nümayəndələri də iştirak edib.

Tədbirlər zamanı meşələrdə yanğınların baş vermə səbəbləri və onların qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib.

Tədbirlərin sonunda mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.