FHN məcburi köçkünlərin binasındakı yanğınla bağlı daha bir məlumat yaydı
Hadisə
- 24 fevral, 2021
- 09:11
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.
FHN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, paytaxın Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yeddimərtəbəli yataqxana binasının damında ümumi sahəsi 250 m² olan yaşayış sahəsinin (artırma tikililər) yanar konstruksiyaları (daş, dəmir, taxta və digər konstruksiyalardan ibarət) 200 m² sahədə yanıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının sahəsinin genişlənməsinin qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Son xəbərlər
20:58
Bayram və istirahət günlərində Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
Ekologiya20:56
Andrey Babiş: Naxçıvana dron hücumu regionun təhlükəsizliyinə ciddi təhdid yaradır
Digər20:54
Marko Rubio: İranla müharibə daha bir neçə həftə davam edəcək
Digər ölkələr20:50
Qazaxıstan XİN ölkə vətəndaşlarını 14 ölkəyə səfərlərdən müvəqqəti çəkinməyə çağırıb
Region20:50
Video
"Haber Global"da İranın PUA hücumundan sonra Azərbaycana verilən beynəlxalq dəstək işıqlandırılıb
Media20:46
Fridrix Merts: Almaniya İranda Suriya ssenarisinin təkrarlanmasını istəmir
Digər ölkələr20:42
Piçes Braun-Senyor: Azərbaycanda dövlət təqaüdçülərinin 69%-i Böyük Britaniya universitetlərini seçir
Elm və təhsil20:34
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur başa çatıb
Komanda20:34