FHN şimal zonasında mülki müdafiənin təşkili ilə bağlı müşavirələr keçirib

Hadisə
  • 02 dekabr, 2025
  • 12:36
FHN şimal zonasında mülki müdafiənin təşkili ilə bağlı müşavirələr keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal Regional Mərkəzinin təşəbbüsü ilə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən Rayon İcra hakimiyyətlərində "2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr" mövzusunda müşavirələr keçirilib.

"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Tədbirlərdə FHN Şimal Regional Mərkəzinin, adı çəkilən rayonların icra hakimiyyətlərinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.

Şimal Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən danışıb, mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər.

Qeyd olunub ki, cari ilin təqvim planına uyğun olaraq bu rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Son xəbərlər

Bütün Xəbər Lenti