FHN Akademiyasında abituriyentlər üçün toplanış elan olunub

Hadisə
  • 22 sentyabr, 2020
  • 08:08
FHN Akademiyasında abituriyentlər üçün toplanış elan olunub

Fövqəladə Hallar Nazirliyininj (FHN) Akademiyasına qəbul olan və qeydiyyatdan keçən abituriyentlər üçün toplanış elan olunub.

FHN-in Mətbuat xidmətindən "Report"a daxil olan məlumatda deyilir: 

Toplanışın yeri: Hövsan qəsəbəsi, FHN Akademiyası

Toplanışın vaxtı: 27 sentyabr 2020-ci il, saat 10:00

Kursantlara özləri ilə aşağıdakıları gətirmələri tövsiyyə olunur:

Şəxsiyyət vəsiqəsi;
Sürücülük vəsiqəsi (əgər varsa);
Şəxsi gigiyena vasitələri (əl-üz dəsmalı, sabun, diş fırçası və pastası, üzqırxma ləvazimatları, daraq, cib dəsmalı, qayçı);
İdman kostyumu və ayaqqabısı, otaq və duş üçün başmaqlar;
Boyunluq altına tikilməsi üçün ağ pambıq parça - 1,5 м2, tikiş iynələri, saplar (ağ, qara, göy, xaki rənglərdə);
Pambıq parçadan qara rəngdə corab (azı 3 cüt);
Paltar və ayaqqabı təmizləmək üçün şotkalar, qara rəngdə ayaqqabı kremi;
Qol saatı, kompas;
Ümumi dəftərlər dama-dama (10 ədəd), şagird dəftərləri dama-dama (10 ədəd).
Yazı ləvazimatları (göy rəngdə yazan diyircəkli qələmlər, qara və rəngli karandaşlar, pozan, transportir, xətkeş, kley, zabit xətkeşi, papka)