Eyni otaqda 22 şagirdə dərs keçən repetitor aşkar olunub
Hadisə
- 17 aprel, 2021
- 07:31
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman repetitor fəaliyyəti ilə məşğul olan rayon sakini Vüqar Abdullayevin karantin qaydalarını pozması halı aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə, həmin şəxsin 22 nəfər şagirdlə bir otaqda dərs keçməsi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən V.Abdullayevin törətdiyi qanunazidd hərəkətin qarşısı alınıb, yeniyetmələr isə ailələrinə təhvil verilərək valideynlərə övladlarının səhhəti ilə bağlı münasibətdə məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
V.Abdullayev barədə Siyəzən RPŞ-də qanunamüvafiq tədbir görülüb.
Son xəbərlər
19:15
İranın nümayəndə heyəti İsveçrəyə yola düşüb - YENİLƏNİB
Region19:07
Foto
Sumqayıtda yaşayış binasında partlayış baş verib
Hadisə19:06
Seymur Səfərli: KTN-in təşkilatçılığı ilə 93 aqrobiznes yarmarkası keçirilib
ASK18:57
SEPAH: Gəmilər Hörmüz boğazına yaxınlaşmamalıdır - YENİLƏNİB
Digər ölkələr18:42
Pakistan XİN: ABŞ və İran İsveçrədə texniki məsləhətləşmələr keçirəcək
Digər ölkələr18:38
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
Komanda18:35
İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb
Region18:22
Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək
Energetika18:14
Foto