Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanılıb
Hadisə
- 02 sentyabr, 2025
- 12:49
Ermənistandan Azərbaycana keçməyə cəhd edən İraq vətəndaşı saxlanılıb.
Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabr ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.
Çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Son xəbərlər
10:53
Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib
Turizm10:50
AMEA prezidenti: Yusif Məmmədəliyevin yüksək oktanlı benzin ixtirası nadir kəşflərdəndir
Elm və təhsil10:39
Zaqatalaya qar yağır - FAKTİKİ HAVA
Ekologiya10:38
Şöbə müdiri: Azərbaycanda könüllülərin inkişafı üçün müntəzəm addımlar atılır
Daxili siyasət10:35
Yusif Məmmədəliyevə həsr olunan olimpiada keçirilməsi nəzərdə tutulur
Elm və təhsil10:34
Nazir: Akademik Yusif Məmmədəliyevin tədqiqatları Azərbaycan elminə böyük töhfələr verib
Elm və təhsil10:33
Mingəçevirdə 63 yaşlı qadın dəm qazından boğularaq ölüb
Hadisə10:31
Putin dekabrın 19-da geniş mətbuat konfransı keçirəcək
Region10:27