Ələt-Astara magistralında qəza: 1 yaralı
Hadisə
- 12 dekabr, 2015
- 21:06
Bakı. 13 dekabr. REPORT.AZ/ Ələt-Astara magistralının 198-ci km-də yol qəza hadisəsi baş verib.
"Report" xəbər verir ki, Lənkəran rayon Kənarmeşə kənd sakini 1978-ci il təvəllüdlü Əkbərov İltimas Beytulla oğlu idarə etdiyi BMV markalı 42 BR 049 nömrə nişanlı avtomaşınla qəza törədib.
İlkin ehtimala görə sürücü yüksək sürətlə idarə etdiyi nəqliyyat vasitəsində idarəetməni itirərək yol qovşağındakı dairənin beton hissəsinə toqquşub. Sonra zərbənin gücündən bir neçə metr aralıda olan başqa maneəyə çırpılıb. Hadisə zamanı sürücü İltimas Əkbərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt üzrə DYP istintaq qrupu tərəfindən araşdırma aparılır. Qəzanın baş vermə səbəbi araşdırılır.
Son xəbərlər
17:15
Foto
DMX miqrasiya idarəçiliyi və rəqəmsal yeniliklər barədə media nümayəndələrini məlumatlandırıb
Daxili siyasət17:11
Papikyan müdafiə naziri, Sarqsyan isə daxili işlər naziri təyin ediləcək
Region17:03
Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
Analitika17:01
Tramp İrana sərt cavab veriləcəyini vəd edir
Digər ölkələr16:54
Azərbaycan bitki və heyvan mənşəli piy-yağ ixracından gəlirini 50 % artırıb
Biznes16:46
"Ordu" klubu italiyalı voleybolçu İvan Zaytsevi transfer edib
Komanda16:34
Sabah Abşeronun bir hissəsində qaz kəsiləcək
Energetika16:34
Paşinyan yaxın vaxtlarda Putinlə görüşmək planları barədə danışıb
Region16:27