Ədliyyə naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Hadisə
  • 01 sentyabr, 2025
  • 10:36
Ədliyyə naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
Fərid Əhmədov

Ədliyyə naziri Fərid Əhmədov 19 sentyabr 2025-ci il tarixində Naxçıvan şəhərində Naxçıvan şəhər və Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayon sakinlərini qəbul edəcək. 

Bu barədə "Report"a nazirlikdən məlumat veriləcək.

Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 17 sentyabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə (ünvan: Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1; əlaqə telefonu: +994 36 544 54 70; e-poçt ünvanı: [email protected]) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili: 10941) nömrəli telefonu vasitəsilə qəbula yazıla bilərlər. 

Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında "Elektron xidmətlər" bölməsində "Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması" xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbul Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin inzibati binasında keçiriləcək. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi saat barədə əvvəlcədən məlumat veriləcək.