Əbülfəz Elçibəyin müşaviri vəfat edib
Hadisə
- 05 oktyabr, 2017
- 08:12
Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin müşaviri, Müsavat Partiyasının Məclis üzvü Rafiq İsmayıl dünyasını dəyişib.
“Report”un xəbərinə görə, bu barədə onun oğlu Toğrul İsmayıl məlumat verib.
R.İsmayıl uzun sürən xəstəlikdən sonra 78 yaşında vəfat edib.
Qeyd edək ki, İsmayılov Rafiq İsmayıl oğlu 1939- cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru olub.
1992-1993-cü illərdə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin humanitar məsələlər üzrə dövlət müşaviri işləyib.
Son xəbərlər
05:04
Böyük Britaniyanın Baş naziri təyinatından iki həftə sonra məzuniyyətə çıxıb
Digər ölkələr04:51
Rusiya Sumını bombalayıb, ölən və yaralananlar var
Digər ölkələr04:43
Türkiyədə FETÖ üzvü olan sabiq polis tutulub
Region04:22
Foto
Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötüb
Digər ölkələr04:14
Koretski: Ukraynanın enerji sektoru əlavə 650 milyon avroya ehtiyac duyur
Digər ölkələr03:45
Türkiyədə bir şəxs məsciddə asılmış vəziyyətdə tapılıb
Region03:15
Umerov Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri postunda prioritetləri açıqlayıb
Digər ölkələr02:46
ABŞ-nin 25 ştatı yeni tariflərə görə Tramp administrasiyasını məhkəməyə verib
Digər ölkələr02:17