DYP "Azerreyl Voleybol Klubu"nu cərimələdi
Hadisə
- 01 aprel, 2021
- 10:53
Dövlət Yol Polisi (DYP) "Azerreyl Voleybol Klubu" MMC barədə inzibati protokol tərtib edib.
“Report”un əldə etdiyi məlumata görə, buna klubun DYP-nin sorğusunu vaxtında cavablandırmaması səbəb olub.
İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsinə əsasən, tərtib edilən protokol Səbail Rayon Məhkəməsinə göndərilib.
Bu inzibati xətaya görə, 300 manat cərimə nəzərdə tutulub.
İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Son xəbərlər
21:36
Azərbaycanlı idmançı beynəlxalq triatlon yarışında qızıl medal qazanıb
Fərdi21:22
Xamenei: "Hizbullah"ın müdafiəsi İranın strateji siyasətidir
Region21:07
Xətibzadə: ABŞ beynəlxalq hüquq və diplomatiyanı hədəfə alıb
Region20:51
Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur
Digər ölkələr20:35
Norris "Formula 1" üzrə Macarıstan Qran-prisində qələbə qazanıb
Formula 120:17
Əraqçi: Zelenski İran gəmisinə hücum edərək dənizçini öldürüb
Region20:00
Malatyada toy karvanında qəza baş verib
Region19:44
Hakan Fidan Al Tani və Asim Munirlə ABŞ-İran danışıqlarını müzakirə edib
Region19:29