DTX-nin hərbi qulluqçularına ali rütbələr verilib

Hadisə
  • 26 mart, 2018
  • 12:18
DTX-nin hərbi qulluqçularına ali rütbələr verilib

Bakı. 26 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayb.

"Report" xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Polkovnik Rəşad Firidun oğlu Həmzəyevə və polkovnik İmran Surxay oğlu Tağı-zadəyə general-mayor ali hərbi rütbəsi, ədliyyə polkovniki Həsən İsa oğlu Mansurova isə ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib.