Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəfat edib

Hadisə
  • 14 aprel, 2015
  • 04:30
Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəfat edib

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyinin strukturuna daxil olan təşkilatlardan birinin rəhbəri vəfat edib.

“Report” xəbər verir ki, nazirliyin Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Abbas Salmanov dünyasını dəyişib.

Xatırladaq ki, A.Salmanov 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!