İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə
- 18 aprel, 2025
- 17:57
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
“Report” xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan kiçik ölçülü PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.
Hadisə yerinə baxış zamanı ümumi çəkisi 543 qram narkotik vasitə (8 qram tiryək; 535 qram marixuana) götürülmüşdür.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
02:27
ABŞ-nin İrana hücumları nəticəsində iki nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB-2
Region02:04
Qurban Qurbanov: Qalibiyyət vacib idi
Futbol01:50
UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib - YENİLƏNİB-5
Futbol01:25
"Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" ilə qarşılaşacaq
Futbol00:54
Zelenski Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbərini vəzifəsindən azad edib
Digər ölkələr00:32
Ali Tsokayev Macarıstanda reytinq turnirində qızıl, Cəbrayıl Hacıyev gümüş medal qazanıb
Fərdi00:19
Video
Biləsuvarda yol qəzası olub, ölən var
Hadisə23:55
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
Futbol23:51