Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
Hadisə
- 11 may, 2016
- 07:03
Bakı. 11 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İntiqam Bayramovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ.İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, İntiqam İbrahimov Bakı şəhər sakininin etimadını qazanaraq onlardan külli miqdarda pul alıb. O verdiyi vədə əməl etməyib. Zərərçəkənin şikayəti əsasında İntiqam İbrahimov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2( dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi başlanılıb.
Son xəbərlər
00:21
Tramp Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr00:14
Bakının üç rayonunda qaz olmayacaq
Energetika00:12
Foto
DÇ-2026: Meksika - CAR oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Futbol00:06
Gəncədə 63 yaşlı kişi qətlə yetirilib, şübhəli kimi qardaşı oğlu saxlanılıb
Hadisə23:49
Türkiyədə təyyarə radar dirəyinə çırpılıb, 267 sərnişin təxliyə olunub
Region23:38
İsrailin Livana hücumlarında ölənlərin sayı 3711-ə çatıb
Digər ölkələr23:26
İran Trampın razılaşma ilə bağlı bəyanatını təkzib edib
Region22:53
Foto
Azərbaycan ilə Tailand arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Xarici siyasət22:50