Cəlilabadda yol qəzası olub, hamilə qadın xəsarət alıb

Hadisə
  • 13 mart, 2021
  • 08:17
Cəlilabadda yol qəzası olub, hamilə qadın xəsarət alıb
Courtesy İmage

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Mişarçay körpüsü yaxınlığında qeydə alınıb.

Nəticədə Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Xəyalə Əliyeva xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun hamilə olduğu və vəziyyətinin ağır qiymətləndirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti