Cəlilabadda yanğın olub
Hadisə
- 08 iyul, 2021
- 17:24
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində, Akif Şıxəliyevə məxsus təsərrüfatda qeydə alınıb.
Belə ki, ona məxsus talvarda yanğın baş verib. Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin 2 texnikası və əməkdaşları cəlb edilərək yanğın söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 70 kvadratmetr olan talvarın yanar konstruksiyaları 35 kvadratmetr sahədə və altına yığılan 7 ton ot bağlamasının 4 tonu yanıb.
Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
15:10
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib
Daxili siyasət15:10
İqtisadiyyat naziri: "Layihələr mərkəzləşdirilmiş yanaşma üzərində qurulmamalıdır"
Maliyyə15:10
Rəşad Həsənov: "Azərbaycanı texnologiya şirkətləri qurmaq üçün cəlbedici ölkəyə çevirmək istəyirik"
İKT15:09
Tramp İrana qarşı hərbi güc tətbiq ediləcəyi barədə xəbərdarlıq edib
Digər ölkələr15:07
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib
Futbol15:06
İlham Əliyev İslam İnkişaf Bankının sədrini "Dostluq" ordeni ilə təltif edib
Xarici siyasət15:05
Mikayıl Cabbarov: "İsDB ilə əməkdaşlıq Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışını genişləndirir"
Maliyyə14:57
Nazir: "İsDB Azərbaycan üçün təkcə maliyyə deyil, həm də strateji tərəfdaşdır"
Maliyyə14:55