Cəlilabadda doqquz il əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub
Hadisə
- 13 noyabr, 2025
- 13:05
Cəlilabad rayonunda 2016-cı il tarixdə itkin düşən 1982-ci il təvəllüdlü Xəlilova Xəyalə Ramiz qızının qətlə yetirildiyi müəyyənləşib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan "Report"a bildirilib ki, polis və Penitensiar xidmət əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Eynullayev Elnur Nizami oğlu tərəfindən törədilməsi müəyyən olunub.
"O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb. Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd olunub.
Araşdırmalar davam etdirilir.
Son xəbərlər
14:29
"Sabah"ın U-14 komandası "Antalya City Friendship Cup" turnirinin qalibi olub
Futbol14:29
Azərbaycan Prezidenti: Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır
Xarici siyasət14:24
Bəqai: ABŞ-nin pilotlarının xilasına cəhdi İrandan uranı oğurlamaq pərdəsi altında ola bilərdi
Region14:20
İlham Əliyev: Azərbaycan-Gürcüstan münasibətləri bütün qonşular üçün nümunə ola bilər
Xarici siyasət14:20
İlham Əliyev: Ermənistanla sülhün gücləndirilməsi üçün sənədlərin imzalanması kifayət deyil
Xarici siyasət14:19
Video
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Xarici siyasət14:19
İsraildə İrana casusluqda şübhəli bilinən şəxs həbs edilib
Digər ölkələr14:17
Azərbaycanda aqrar sahədə süni intellekt texnologiyalarının tətbiqi müzakirə olunub
ASK14:17