FHN Cəlilabadda açıq ərazidə baş verən yanğınla bağlı məlumat yayıb
Hadisə
- 02 dekabr, 2025
- 20:15
Cəlilabad rayonu Bakı-Astara şosesinin 104-cü km-də açıq ərazidə yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın havanın küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 5 hektar sahədə quru ot, kol-kos və qamışlıq yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
FHN Cəlilabadda açıq ərazidə baş verən yanğınla bağlı məlumat yayıb
Son xəbərlər
13:04
Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 14 % artıb
İKT13:03
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Xarici siyasət13:02
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib
Xarici siyasət12:59
Ziyafət Əsgərov: Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistana qarşı ərazi iddiası deyil
Daxili siyasət12:58
"Səbail" baş məşqçisi Adil Şükürovla vidalaşıb
Futbol12:53
Mehmet Akarca: Kritik qərarların yalnız alqoritmlərə həvalə edilməsi ciddi problemlər yarada bilər
İKT12:49
AzMİ: Elektron cihazlarda vaxt fərqləri istifadəçilərdə çaşqınlıq yaradır
İKT12:47
Azərbaycanda kompüter istehsalı mayda 10 dəfə artıb
İKT12:44