Cəbrayılda komendant postunda saxlanılan avtomobildən döyüş sursatı götürülüb
Hadisə
- 18 noyabr, 2020
- 08:38
Noyabrın 15-də saat 17 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun girişində quraşdırılmış komendant postunda Qubadlı rayon sakini R.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Baxış zamanı avtomobildən içərisində 10 ədəd qumbara alışdırıcısı olan dəmir qutu aşkar edilərək götürülüb.
R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.
Son xəbərlər
10:43
Paşinyan: "Vətəndaş müqaviləsi" parlament çoxluğunu əldə edəcək
Region10:41
Azərbaycanın dövlət qurumlarına kiberhücumlar mayda 38 % azalıb
İKT10:41
Filippində sunami təhlükəsinə görə Yaponiyada təxliyə elan edilib
Digər ölkələr10:37
"Bornmut"un yarımmüdafiəçisi Aleks Skott "Liverpul"a keçə bilər
Futbol10:32
Mayda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 6 dəfə azalıb
İKT10:26
Azərbaycanda mayda 195 mindən çox şəxs ailə başçısını itirməyə görə pensiya və müavinət alıb
Maliyyə10:24
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-3
Digər ölkələr10:24
Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə start verib
Fərdi10:14
Foto