Çalışdıqları şirkətdən 7 min manatlıq oğurluq etməkdə şübhəli bilinən mühafizəçilər saxlanılıb

Hadisə
  • 14 oktyabr, 2025
  • 11:11
Çalışdıqları şirkətdən 7 min manatlıq oğurluq etməkdə şübhəli bilinən mühafizəçilər saxlanılıb

Bakının Suraxanı rayonunda çalışdıqları şirkətdən 7 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Zığ qəsəbəsində yerləşən şirkətlərin birindən 7 min manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə mühafizə xidmətində çalışan 34 yaşlı A.İsgəndərov və 35 yaşlı A.Zeynalov saxlanılıblar.

Araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti