Binə Atçılıq Mərkəzindən 4 min dollarlıq iki yəhər və yüyən oğurlanıb
Hadisə
- 19 may, 2021
- 10:17
Binə Atçılıq Mərkəzindən dəyəri 4 000 ABŞ dolları məbləğində iki ədəd yəhər və yüyən oğurlanıb.
"Report"un əldə etdiyi məlumata görə, bundan başqa 8 kisə arpa yemi və eyni sayda ot tayı aparılıb. Hadisə gecə saatlarında baş verib.
Hadisə ilə əlaqədar polisə müraciət edilib. Araba izləri ilə müəyyənləşdirilib ki, oğurluğu qonşuluqda yaşayan şəxs edib. O, şübhəli şəxs qismində dindirilmək üçün Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparılıb.
Araşdırmalar davam etdirilir.
Son xəbərlər
01:22
İranın səfiri: Naxçıvana PUA hücumu ilə bağlı ikitərəfli iş aparılmalıdır
Xarici siyasət01:13
İran Ordusu ABŞ-nin "USS Abraham Linkoln" gəmisinə zərbə endirdiyini bildirib
Region01:01
BMT İranda mülki əhaliyə kömək etməyə hazır olduğunu bildirib
Digər ölkələr00:54
İranın səfiri "Baku TV"nin bəzi suallarından yayınıb
Xarici siyasət00:44
BƏƏ-nin XİN başçısı İranın Naxçıvana dron hücumlarını pisləyib
Xarici siyasət00:38
İsrail Ordusu İrandan yeni raket atəşi barədə məlumat yayıb
Digər ölkələr00:30
Sloveniya XİN İranın Naxçıvan hava limanına hücumunu pisləyib
Digər ölkələr00:25
Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - YENİLƏNİB
Xarici siyasət00:21