Biləsuvarda yol qəzasında 4 nəfər xəsarət alıb
Hadisə
- 27 mart, 2026
- 18:25
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Cəbrayıl rayon sakini, 1950-ci il təvəllüdlü Fəryaz Kəlbiyevin idarə etdiyi "Nissan Sunny" minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində 4 nəfər yaralanıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosuna bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub. Hazırda xəsarət alan şəxslərin müayinəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:53
Foto
Edin Ceko "Şalke 04" ilə müqaviləsinin müddətini uzadıb
Futbol09:46
Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var
Digər ölkələr09:45
DSMF: İyulda 152 minə yaxın şəxs xüsusi şərtlərlə əmək pensiyası alıb
Maliyyə09:37
Cənubi Koreyada istilər səbəbindən 16 nəfər ölüb
Digər ölkələr09:35
Leninqrad vilayətində PUA hücumu nəticəsində logistika obyekti yanıb
Region09:32
Vozinya Çilinin "Kolo-Kolo" klubu ilə müqavilə bağlayıb
Futbol09:25
Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb
Energetika09:21
Video
Ağdamda əkin sahələrini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə09:16