Biləsuvarda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanıldı
Hadisə
- 15 dekabr, 2020
- 11:53
Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Biləsuvar rayon sakini M.Bəşirliyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə əsasən, ev şəraitində müalicə təyin edilib və ona yaşayış yerini tərk etməməsi tapşırılıb.
Lakin Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə saxlanılaraq yaşadığı ünvana geri qaytarılıb.
Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.
Son xəbərlər
20:22
Modi və Tramp Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin vacibliyini qeyd ediblər
Digər ölkələr20:20
Avropa İttifaqı "Black Sea Energy"yə "qarşılıqlı maraq doğuran layihə" statusu verib
Energetika20:16
Serbiyanın Azərbaycan qazını alması ölkənin mavi yanacaq təchizatını şaxələndirib
Energetika20:12
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
Daxili siyasət20:09
Foto
20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib
Komanda19:59
Foto
Medianın İnkişafı Agentliyində Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib
Media19:56
Elçin Əmirbəyov "CNN Prima News"a müsahibə verib
Xarici siyasət19:54
Hakan Fidan pakistanlı həmkarı ilə ABŞ-İran danışıqlarını müzakirə edib
Region19:42