Biləsuvarda yaşayış binasında mənzil yanaraq kül olub
Hadisə
- 26 dekabr, 2025
- 14:25
Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin PMK adlanan yaşayış massivində qeydə alınıb.
İkimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən Xatirə Əliyevaya məxsuz ümumi sahəsi 35 kvadratmetr olan 2 otaqlı mənzildə qəfil yanğın başlayıb. Hadisə yerinə Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb. Buna baxmayaraq, ev yanaraq külə çevrilib.
Yanğın zamanı evdə xəstə olan iki nəfər yanğından xilas olunub, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
08:54
Foto
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb
Region08:41
Qurbanqulu Berdiməhəmmədov "Dostlug" tankerinə görə Azərbaycana təşəkkür edib
Xarici siyasət08:17
Bakıda üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:05
Paytaxtın Yasamal və Nizami rayonları, həmçinin Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Energetika07:59
ABŞ və İran bir-birinin 80-dən çox hərbi obyektinə qarşılıqlı zərbələr endirib
Region07:42
Çinin şimal-qərbində baş verən torpaq sürüşməsində 21 nəfər həlak olub
Digər ölkələr07:24
Ağdərədə mikroavtobus dərəyə aşıb, xəsarət alanlar var
Hadisə07:14
Alvaro Arbeloa "Fulhem" klubunun baş məşqçisi təyin olunub
Futbol07:05
Foto