Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib
Hadisə
- 04 aprel, 2026
- 10:35
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına son 15 gündə it dişləməsi səbəbilə 26 müraciət daxil olub.
Bu barədə "Report"un yerli bürosunun sorğusuna cavab olaraq xəstəxanadan məlumat verilib.
Bildirilib ki, onlardan 13-ü kişi, 4-ü qadın, 9 nəfəri isə azyaşlı olub:
"Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib, vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıb".
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, sahibsiz itlər üçün sığınacaqların yaradılması üçün müvafiq qurumlara müraciət edilib:
"Yer ayrılan kimi sahibsiz itlər üçün sığınacaq yaradılacaq".
Son xəbərlər
10:16
Meksika klubu "Everton"un qapıçısı Cordan Pikfordu heyətinə qatmaq istəyir
Futbol10:15
Azərbaycan Qazaxıstanla Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasını müzakirə edib
İnfrastruktur10:11
"Murov Az Terminal" heyətini Keionna Makkeylə gücləndirib
Komanda10:11
DSMF: 7 ayda 41 mindən çox şəxs uşağın anadan olmasına görə müavinət alıb
Maliyyə10:06
Foto
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə10:04
Foto
Bərdədə yeni qəbiristanlığın salınması nəzərdə tutulan əraziyə baxış keçirilib
Daxili siyasət09:58
Türkiyədə minik maşını avtobusa çırpılıb, üç nəfər ölüb
Region09:57
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
Sağlamlıq09:55