Biləsuvarda moped minik avtomobilinə çırpılıb, xəsarət alanlar var
Hadisə
- 14 noyabr, 2025
- 15:07
Biləsuvar rayonunda moped minik avtomobilinə çırpılıb, xəsarət alanlar var.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.
İbrahim Abdullazadənin idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə 1995-ci il təvəllüdlü Rəhimli Rahil Adil oğlunun idarə etdiyi moped toqquşub.
Hadisə nəticəsində mopedin sürücüsü və onun sərnişini, 1995-ci il təvəllüdlü Abdallı Fərid Fizuli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
03:42
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb
Region03:36
Argentina millisinin baş məşqçisi: "Meydana çıxıb əlimizdən gələni etdik"
Futbol03:16
Luis de la Fuente: "Düşünürəm ki, matçın taleyi daha tez həll olunmalı idi"
Futbol02:45
DÇ-2026: Finalçılar mükafatlandırılıb, Rodri turnirin ən yaxşı futbolçusu seçilib
Futbol02:23
İspaniya yığması yeni rekord müəyyənləşdirib
Futbol02:19
De la Fuente dünya və Avropa çempionluğunu qazanan üçüncü baş məşqçi olub
Futbol02:17
Ferran Torres İspaniya - Argentina matçının ən yaxşısı seçilib
Futbol02:13
Mbappe DÇ-2026-nın bombardiri olub
Futbol02:02