Biləsuvarda evlərdən oğurluq edən şəxs saxlanılıb

Hadisə
  • 17 fevral, 2026
  • 11:08
Biləsuvarda evlərdən oğurluq edən şəxs saxlanılıb

Biləsuvar rayonunda yaşayış evlərindən birindən 1100 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmasında şübhəli bilinən şəxs tutulub.

"Report"un Muğan bürosunun məlumatına görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Tacəddin Mansurov saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində daha 6 evdən oğurluq etdiyi müəyyən olunub.

Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti