Biləsuvarda baş verən qəzada 4 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB

Hadisə
  • 06 dekabr, 2015
  • 10:03
Biləsuvarda baş verən qəzada 4 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 6 dekabr. REPORT. AZ / Biləsuvarda 4 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun 115-ci kilometrliyində Biləsuvar rayonunun Cürəli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Azpetrol şirkətinə məxsus yanacaq daşıyan qoşqulu yük maşını ilə Biləsuvarın Təzəkənd kənd sakini Mənsur Firudin oğlu Bayramovun idarə etdiyi "Vaz-21015" markalı avtomobillə toqquşub. Nəticədə "Vaz-21015" markali avtomobil ciddi zədələnərək dəmir yığınına çevrilib, yük maşını isə yolun kənarına aşıb.

Hadisə zamanı "Vaz-21015" markalı avtomobildə olan bir rayonun Təzəkənd kənd sakinləri olan eyni ailənin 4 üzvü - 29 yaşlı Tərlan Bayramov, onun həyat yoldaşı, 29 yaşlı Günay Bayramova, uşaqları: 5 yaşlı Nərmin və 4 yaşlı Səkinə Bayramovalar hadisə yerində keçiniblər. Sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.