Beyləqanda yanğın küləyin təsiri ilə genişlənərək meşə massivinə keçib
Hadisə
- 19 fevral, 2026
- 22:02
Beyləqan rayonunda başlayan yanğın geniş əraziyə yayılıb.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi rayonun Tatarlar və Eyvazalılar kəndlərinin ərazisində başlayıb.
Yerli sakinlərin verdiyi xəbərə görə, yanğın küləyin təsiri ilə genişlənərək meşə massivinə keçib.
Yanğının söndürülməsinə Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Bundan başqa rayonun Birinci Şahsevən kəndində açıq ərazidə yanğın başlayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"a verilən məlumata görə, yanğın baş verən əraziyə polis əmədaşları cəlb olunmaqla xidmət aparılır.
Son xəbərlər
20:09
Foto
Kəngərlidə yol qəzasında xəsarət alanların son vəziyyəti açıqlanıb - YENİLƏNİB
Hadisə20:04
Hindistanda leysan yağışları 19 nəfərin ölümünə səbəb olub
Digər ölkələr19:37
Hakan Fidan: Ümid edirik ki, İran və ABŞ arasında razılaşma bərpa olunacaq
Region19:20
Qazaxıstan dron hücumundan sonra CPC terminalında neft yüklənməsini dayandırıb
Region18:40
Foto
Kürdəmirdə iki yük maşını toqquşub, yüklər yola dağılıb
Hadisə18:39
"Formula 1": Kimi Antonelli Belçika Qran-prisinin qalibi olub
Formula 118:18
FHN çimərliklərə gedənlərə xəbərdarlıq edib
Hadisə18:15
Türkiyə Yunanıstandakı 8 türk məktəbin bağlamasını pisləyib
Region17:53