"Aztelekom"dan 20 min manata yaxın pul oğurlanıb
Hadisə
- 31 avqust, 2021
- 06:57
Bu ilin avqust ayının 27-də Bərdə rayon sakini İsmayıl Məmmədov Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus 19 000 manat pulun oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, daxil olan məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İ.Məmmədovun "Aztelekom" MMC-nin filialında yerləşən otağındakı seyfdən 19000 manat pulu oğurlayan şəxsin həmin müəssisənin əməkdaşı İsmayıl Eminov olduğu müəyyən edilib.
İsmayıl Eminov istintaqa təqdim olunmaqla şübhəli şəxs qismində saxlanılıb və oğurlanmış pullar maddi sübut kimi götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
16:03
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək
Daxili siyasət16:03
DİM: Bu gün bir nəfər başqasının yerinə imtahan verməyə cəhd edib
Elm və təhsil16:00
DÇ-2026: İspaniya, Portuqaliya və İsveçrə milliləri 1/16 final matçına çıxacaqlar
Futbol15:56
Azərbaycan və İsveçrə mərkəzi bankları əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Maliyyə15:52
Türküstana üz tutan Tbilisi – "şimalın soyuğundan", "cənubun istisindən" qorunan Gürcüstan - ŞƏRH
Analitika15:52
"Qəbələ" Səlahət Ağayevlə müqavilənin müddətini uzadıb
Futbol15:49
Azərbaycanın çimərlik futbolu millisinin dünya reytinqindəki mövqeyi müəyyənləşib
Futbol15:48
Foto
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Energetika15:48