Bərdədə cibgirlik edən şəxs saxlanıldı
Hadisə
- 18 fevral, 2021
- 06:19
Bərdədə cibgirlik edən şəxs tutulub.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, Bərdə şəhər sakini M.Məmmədov fevral ayının 16-də Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciətində naməlum şəxs tərəfindən cibindən 680 manat pulunun oğurlanması barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları müvafiq tədbirlər yerinə yetirib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cibgirlik əməlini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini Elxan Hacıyev saxlanılıb.
Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Son xəbərlər
10:10
Ünal Üstel: Şimali Kipr Azərbaycanla birbaşa reyslərin tezliklə açılmasına ümid edir
Xarici siyasət10:04
İdrissa Dia: "Orta Dəhliz və Bakı Limanı gənclər üçün imkanlara aparan yoldur"
İnfrastruktur10:04
Sobyanin: Moskvanın neft emalı zavodu PUA hücumuna məruz qalıb - YENİLƏNİB
Region10:00
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq
Milli Məclis09:59
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişafdan kənardadır
Maliyyə09:58
Video
Bakıda avtomobil təmiri sexi yanıb
Hadisə09:55
Azərbaycan 16 ildən sonra yenidən IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir
Maliyyə09:54
UEFA Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşir
Futbol09:47