Bərdədə qidadan zəhərlənən 4 nəfər evə buraxılıb - YENİLƏNİB

Hadisə
  • 08 dekabr, 2025
  • 11:55
Bərdədə qidadan zəhərlənən 4 nəfər evə buraxılıb - YENİLƏNİB

Bərdədə qidadan zəhərlənən bir ailənin üzvlərinin vəziyyəti açıqlanıb.

TƏBİB-dən "Report"a bildirilib ki, 07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər hospitalizasiya olunub.

Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, həmin şəxslərə "Mədə-bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu" diaqnozu qoyulub. Xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşılaşdığı üçün evə buraxılıblar.

Bununla da AQTA dörd nəfərin qidadan zəhərləndiyini təsdiq etməyib.

Bərdə rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

"Report' xəbər verir ki, dekabrın 7-si saat 08 radələrində 1968-ci il təvəllüdlü Vüqar Həmid oğlu Əliyev, arvadı 1968-ci il təvəlüldlü Elza, oğlu 1994-cü il təvəllüdlü Şəmistan və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları Xanərəb kəndindəki evlərində qidadan (pomidor turşusu) zəhərlənməilə xəstəxanaya gətiriliblər.

Onlardan Təhminə Əliyevanın vəziyyəti ağır, digərlərinin isə qənaətbəxşdir.

Araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti