Baş Prokurorluq: General-leytenant Rövşən Əkbərov həbs olunub
Hadisə
- 16 mart, 2021
- 04:31
Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qurumun mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Rövşən Əkbərovun həbsi barədə yayılan xəbərlər doğrudur. Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub.
Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
Xatırladaq ki, mətbuatda Rövşən Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbirinin seçildiyi bildirilir.
Son xəbərlər
04:30
DÇ-2026: Ronaldu Xorvatiya ilə oyunda Portuqaliyanın bərabərlik qolunu vurub - YENİLƏNİR-4
Futbol03:53
Münxendə isti havaya görə fövqəladə vəziyyət elan edilib
Digər ölkələr03:29
Ronaldu dünya çempionatlarının pley-off mərhələsində meydana çıxan ən yaşlı futbolçu olub
Futbol03:19
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik: "Bəlkə də, növbəti dünya çempionuna qarşı çıxış etmişik"
Futbol02:57
Ronaldu dünya çempionatından sonra Portuqaliya millisindəki karyerasını başa vuracaq
Futbol02:45
Əli Xamenei ilə vida mərasimində Türkiyəni Cevdet Yılmaz təmsil edəcək
Region02:09
Rusiyada yanacaq qıtlığı fonunda il sonunadək "Avro-3" benzininin dövriyyəsinə icazə verilib
Region01:46
Albaniya müdafiə xərclərini təxminən 110 milyon avroyadək artıracaq
Digər ölkələr01:39