Balakəndə İnterçaydan sel keçir
Hadisə
- 27 sentyabr, 2025
- 13:11
Balakəndə İnterçaydan sel keçir, daşqın təhlükəsi yaranıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, mənbəyini Gürcüstandan götürən və Balakən rayonu ərazisindən keçən İnterçayda suyun səviyyəsi artıb, rayonun Şərif kəndində təhlükə yaranıb.
Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, Gürcüstana yağan güclü yağışlar çayda sululuğu artırıb, Şərif kəndinin əkin sahələrinə və bir neçə həyatyanı sahəyə su dolub.
Qeyd olunub ki, hazırda idarənin texnikaları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.
Son xəbərlər
01:42
Avstriyada yeni temperatur rekordu qeydə alınıb
Digər ölkələr01:13
Argentinada 45-dən çox taxıl gəmisi tətil səbəbindən limanı tərk edə bilmir
Digər ölkələr00:50
Britaniya hökuməti məhbusların vaxtından əvvəl azad edilməsi proqramını davam etdirəcək
Digər ölkələr00:11
Bayraktar: Fars körfəzi ölkələri qaz təchizatı marşrutunun bir hissəsi ola bilər
Region00:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Hərbi23:46
Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb
Digər ölkələr23:33
Özgür Özelin toxunulmazlığının ləğvi tələb edilib
Region23:15
Al Tani Trampla ABŞ və İran arasında gərginliyin azaldılmasını müzakirə edib
Digər ölkələr22:58