Balakəndə yas mərasimləri keçirənlər cərimələndi
Hadisə
- 09 aprel, 2021
- 06:24
Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə iki fərqli ünvanda yas mərasimləri keçirilməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Qazma və Püştətala kəndləri ərazisində, Şəhmir Eminov və Akif Abdullayevə məxsus fərdi yaşayış evlərində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, yas mərasimləri keçirildiyi müəyyən edilib.
Həmin ünvanlara baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkar olunub.
Mərasimləri təşkil edən şəxslərlə profilaktiki söhbət aparılıb və barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Son xəbərlər
00:39
Cesse Marş: "Uzun müddətdir məğlub olmayan güclü Mərakeşə qarşı sonadək müqavimət göstərdik"
Futbol00:37
Balakişi Qasımov: Ənənəvi televiziya özünün son 10 ilini yaşayır
Media00:23
Məhəmməd Vəhbi: "Etiraf etməliyəm ki, Kanada çox yüksək oyun nümayiş etdirdi"
Futbol00:16
Video
Yevlaxda qəza baş verib, FHN-in əməkdaşları əraziyə cəlb edilib
Hadisə23:55
"Neftçi" Dünya Qadın Seriyasının Marsel mərhələsinin qalibi olub
Komanda23:34
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşıb
Digər ölkələr23:25
Azzedin Unahi Kanada - Mərakeş matçının ən yaxşı futbolçusu seçilib
Futbol23:20
Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb
Hadisə23:05