Balakəndə şəhidin xatirə muzeyində yanğın olub
Hadisə
- 15 oktyabr, 2024
- 06:10
Balakən rayonunda şəhidin xatirə muzeyində yanğın baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kortala kəndində qeydə alınıb.
Belə ki, Vətən müharibəsi şəhidi Əsgər Hüseynovun doğulduğu evin həyətində onun xatirəsinə inşa edilən yardımçı tikilidə qəfil yanğın baş verib.
Qonşuların köməyi ilə yanğın yerindən şəhidə məxsus bir neçə əşyanı çıxarmaq mümkün olub. Yanğın daha sonra yaxınlıqdakı mal tövləsinə də keçib.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Balakən Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:32
AMB: Maliyyə sektorunda innovasiya və risk arasında balans qorunmalıdır
Maliyyə10:31
AMB rəsmisi: "Rəqəmsal maliyyə xidmətlərinin gələcəyi artıq reallığa çevrilib"
Maliyyə10:26
Çində baş verən partlayış nəticəsində 8 nəfər yaralanıb, 3 nəfər itkin düşüb
Digər ölkələr10:25
Foto
Vüsal Hüseynov vətəndaşları qəbul edib
Daxili siyasət10:23
Foto
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər
Daxili siyasət10:23
Azərbaycanda bu ilin sonuna qədər kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
Maliyyə10:21
FHN: Ötən həftə 576 yanğına çıxış olub, 7 nəfərin meyiti aşkarlanıb
Hadisə10:18
Si Cinpin: Çin-Belarus münasibətləri tarixi zirvə nöqtəsindədir
Digər ölkələr10:18