Balakən sakininin evindən silah-sursat götürüldü

Hadisə
  • 18 fevral, 2020
  • 08:02
Balakən sakininin evindən silah-sursat götürüldü

Balakən rayon sakininin evində silah-sursat aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Muğumovun Mehdiabad qəsəbəsində kirayədə yaşadığı evdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.