Bakıdakı məşhur gecə klubunda kütləvi dava baş verib
Hadisə
- 02 sentyabr, 2014
- 06:29
Bakı. 2 sentyabr.REPORT.AZ/ Bakının Nəsimi rayonundakı Rəşid Behbudov küçəsində yerləşən "Relax" gece klubunda kütləvi dava baş verib. Hadisə şahidlərinin Report-a verdiyi məlumata görə, həmin obyektdə müştərilərə xidmət göstərən xanım işçilərlə klubdakı müştərilər arasında mübahisə yaranıb. Mübahisə daha sonra küçədə əlbəyaxa davaya çevrilib.
Hadisə yerinə Nəsimi rayon Polis İdarəsi (RPİ) və 22-ci polis bölməsinin əməkdaşları çağırılıb. Davada iştirak edən şəxslər polis bölməsinə aparılıb.
Nəsimi RPİ-dən Report-a hadisənin baş verdiyi təsdiqlənib. İlkin məlumata görə, dava müştərilərin hesabdan narazı qalması səbəbindən baş verib.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
13:08
Gənclər və idman nazirinin müavini BMT-nin forumuna qatılıb
Xarici siyasət12:58
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi12:50
İspaniya ilk dəfə qışın qaz ehtiyatlarını yayda istifadə etməyə başlayıb
Digər ölkələr12:38
Foto
Şuşada "Kitab dayanacağı" istifadəyə verilib
Mədəniyyət siyasəti12:17
Sabah Bakıda 30 dərəcə isti olacaq, bölgələrdə şimşək çaxacaq, dolu düşəcək
Ekologiya11:57
"Azərsilah"ın poliqonunda sınaqlar zamanı yanğın baş verib
Hadisə11:53
Ağdamda minalanmış ərazidə yanğın olub
Hadisə11:49
Zelenski: Kiyevə ən kütləvi hücumlardan biri həyata keçirilib
Digər ölkələr11:24