Bakının iki rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Hadisə
- 21 sentyabr, 2025
- 13:17

Bakının Nizami və Suraxanı rayonlarında oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nizami rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq olub. Zərərçəkən şəxs polisə müraciət edərək nəqliyyat vasitəsindən 1000 manatının talanmasını bildirib. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı E.Musayev müəyyən edilərək saxlanılıb.
Suraxanı rayonunda isə evlərin birindən 1000 manat talamaqda şübhəli bilinən paytaxt sakini 29 yaşlı M.Abdullayev də polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
15:06
"Maklaren" pilotu Bakıdakı əsas yarışda qəza törədib
Digər15:05
Suriyadan ABŞ-yə 58 il sonra prezident səviyyəsində ilk səfər gerçəkləşib
Digər ölkələr15:01
Rafiq Hüseynov Dünya Güləş Birliyinin konfransına qatılıb
Fərdi15:00
"Formula 1": Azərbaycan Qran-prisində əsas yarış başlayıb
Formula 114:57
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi14:44
Foto
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
Formula 114:42
Lyayen: Aİ ölkələri öz təhlükəsizliklərini təmin etməkdə müstəqilliyə can atmalıdır
Digər ölkələr14:34
Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirilib - YENİLƏNİB
Elm və təhsil14:19
Foto