Bakıdan evlərdən 12 min manatlıq qızıl oğurlanıb
Hadisə
- 25 sentyabr, 2025
- 11:28
Binəqədi və Sabunçu rayonlarında qızıl oğurlayan şəxslər saxlanılıblar.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkmiş şəxs polisə müraciət edərək evindən 8500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı E.Rzayev müəyyən olunaraq saxlanılıb.
Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:17
Azərbaycan İtaliya şirkətləri ilə innovativ ödəniş həllərinin tətbiqini müzakirə edib
Maliyyə17:14
Son bir neçə gündə Azərbaycan üzərindən əlavə 150-dən çox tranzit uçuş olub - EKSKLÜZİV
İnfrastruktur17:14
"Arsenal" Bastonini heyətinə cəlb etmək istəyir
Futbol17:14
Foto
Son üç saatda İrandan Azərbaycana daha 30 nəfər təxliyə edilib - YENİLƏNİB-3
Daxili siyasət17:14
Qanunsuz ov edənlər altı min manat cərimələnib
Hadisə17:13
İsrail İranın Netanyahunun ofisinə zərbə endirdiyinə dair bəyanatını təkzib edib
Digər ölkələr17:09
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Region17:08
Foto
"Expressbank" – YENİ ÜNVANDA
Maliyyə17:07
Foto