NİİM Bakıda maye qaz daşıyan yük avtomobilinin törətdiyi qəzanın görüntüləri yayıb - YENİLƏNİB

Hadisə
  • 19 noyabr, 2025
  • 09:31
NİİM Bakıda maye qaz daşıyan yük avtomobilinin törətdiyi qəzanın görüntüləri yayıb - YENİLƏNİB

DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi Bakıda maye qaz daşıyan yük avtomobilinin törətdiyi qəzanın görüntüləri yayıb.

"Report" xəbər verir ki, səhər saat 05 radələrində sıxılmış qaz (LPG) daşıyan yük avtomobili idarəetməni itirərək yol ayrıcında yerləşən maneələrə çırpılıb. İlkin ehtimallara görə, qəza sürücünün nəqliyyat vasitəsinə nəzarəti itirməsi səbəbindən baş verib.

Hadisə nəticəsində yaranan potensial yanğın və partlayış risklərinin qarşısının alınması məqsədilə ərazi polis və digər aidiyyəti qurumlar tərəfindən dərhal nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri görülüb.

Qəza səbəbindən Binəqədi rayonu, Moskva prospektində – tunelə giriş hissədə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Ərazidə hərəkətin təhlükəsiz bərpa olunması üçün DYP əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.

Diqqətə çatdırırıq ki, yük avtomobillərinin sürücüləri xüsusilə təhlükəli yüklərin daşınması zamanı sürət rejiminə ciddi riayət etməli, uzun məsafələrdə istirahət fasilələrinə əməl etməlidir. Sürücülər nəzərə almalıdır ki, bir anlıq ehtiyatsızlıq həm özünü, həm digər hərəkət iştirakçılarını, həm də ətraf mühit üçün ciddi təhlükə yarada bilər.

Bakının Binəqədi rayonu, Moskva prospektində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

"Report"un xəbərinə görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd edək ki, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş vermişdi. Qəza səbəbindən tunelə giriş hissədə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilmişdi.

Bakının Binəqədi rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qəza səbəbindən tunelə giriş hissədə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda hərəkətin bərpa olunması üçün polis və FHN əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Son xəbərlər

Bütün Xəbər Lenti